21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Türkiyənin İsparta şəhərində Bəhreyn yığmasına qarşı keçirilən yoxlama oyunundan (3:0) sonra AFFA-nın mətbuat xidmətinə fikirlərini bildirib.
Sportnet.az xəbər verir ki, mütəxəssis hazırlıq baxımından yaxşı oyun keçirdiklərini bildirib: "Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir.














































































