Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın Motor Lublin klubundan ayrılır.
Sportnet.az xəbər verir ki, Lublin təmsilçisi futbolçu ilə başa çatan müqavilənin yenilənməyəcəyini açıqlayıb.
Klubun yaydığı bəyanatda Dadaşovun müqaviləsinin 30 iyun 2026-cı ildə başa çatacağı və tərəflərin yollarını ayıracağı bildirilib.
“Motor Lublin” sosial şəbəkə hesablarında paylaşdığı açıqlamada futbolçuya təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, 27 yaşlı hücumçu 2025-ci ilin yayında Polşa klubuna transfer olunmuşdu və müqaviləsində əlavə bir illik uzatma bəndi yer alırdı.
Renat Dadaşov 2025/2026 mövsümündə “Motor Lublin”in heyətində bütün turnirlərdə 19 oyunda iştirak edib.




































































