
"UEFA Julian Alvaresin penalti videosunu montaj edib".
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə videomontaj üzrə mütəxəssis Aleks Soler UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniyanın "Atletiko Madrid" və "Real Madrid" komandaları arasındaki oyununda qalmaqala səbəb olan penalti zərbəsi barədə danışarkən deyib.
Soler UEFA-nın paylaşdığı videonun montaj olunduğu bildirib: “Alvaresin penalti zərbəsinin videosuna baxanda qəribəlik hiss etdim, çünki keyfiyyət çox zəifdir və kölgələr yox olur. Bu, mənə çox şübhəli gəldi. Məntiqi izahım yoxdur. Videonun redaktə edildiyini deyə bilərəm".
Qeyd edək ki, "Atletiko Madrid" "Real Madrid"icavab oyununda 1:0 hesabı ilə məğlub edib. Ümumi hesab 2:2 olduğu üçün qalib penaltilər seriyasında müəyyənləşib. Karlo Ançelottinin rəhbərlik etdiyi kollektiv bu bölümdə daha dəqiq olduğu üçün mərhələ adlayıb - 4:2.