1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dövlət qurumlarının idman sevgisi - VİDEO
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında müxtəlif idman növləri üzrə ilboyu keçirilmiş yarışlara yekun vuruldu. Nəticədə Fövqəladə Hallar Nazirliyi birinci, Dövlət Neft Şirkəti ikinci, Daxili İşlər Nazirliyi isə üçüncü yerin sahibi kimi gənclər və idman naziri cənab Fərid Qayıbov tərəfindən xüsusi kubokla mükafatlandırıldılar. Təltif olunanlar arasında fövqəladə hallar nazirinin müavini, tələbə yoldaşım general-mayor Adil Abdullayevi də görmək çox xoş oldu.
Xəbər ilk baxışdan jurnalist dostlarımız üçün sıradan görünə bilər. Əslində isə bu, bədən tərbiyəsi və idmanın kütləviliyi istiqamətində ciddi bir layihədir. Əvvəla ona görə ki, il ərzində 19 idman növü üzrə 28 turnirə dövlət qurumlarının əməkdaşlarını cəlb etmək, onları bir-biri ilə yarışdırmaq təşkilati baxımdan asan məsələ deyil. Bunun üçün ən azı həmin dövlət qurumları qədər əməyin sərf olunduğu göz önündədir.
Digər tərəfdən, dövlət qurumlarını idmana cəlb etməklə həm də bir mesajın ötürüldüyünü sezmək olar. Yəni, hər bir dövlət qurumu idmana da diqqət ayırmalı, sağlam nəslin yetişdirilməsinə töhfə verməyi həm də öz vəzifəsi hesab etməlidir. Çünki bu, dövlət siyasətinin ana xətlərindəndir.
Bu yaxınlarda dövlət qurumları arasında keçirilmiş üzgüçülük yarışında Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının baş müəllimi Pyotr Kuvşinov qalib gələrək, Qusar Olimpiya İdman Kompleksində üç günlük istirahət kuponu qazanmışdı. Xanımı ilə birlikdə qonağımız olarkən, onu tanımaqdan böyük məmnunluq hissi keçirdik. Özü Bakıda doğulub, milliyyətcə rusdur və I Qarabağ müharibəsində qəhrəmancasına döyüşüb, bədənində qəlpələr gəzdirir. Çox iradəlidir, 12 kimya terapiyasından sonra 63 yaşında xərçəngə qalib gəlib. Üstəlik, o, həyat yoldaşının köməyi ilə 2020-ci ildə Xəzər dənizinin sahilində, Şimali DRES bölgəsindəki “Mayak” çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri - ana və qızını xilas edib (Kuvşinov barədə süjet şərh bölümündədir).
Yəni, dövlət qurumlarında Pyotr Kuvşinov kimi idmançı və insani keyfiyyətlərə malik əməkdaşlar yetərincədir və o, digər əməkdaşlara da bir örnəkdir.
Hazırda bir çox dövlət qurumlarının rəhbərləri müxtəlif federasiya və klublara başçılıq etməklə idmanın inkişafına dəstək olnağa çalışırlar. Amma bu dəstək təkcə nəzarətində olan idman növünü əhatə etməməlidir. Fikrimcə, hər bir dövlət qurumunun nəzdində öz klubu da fəaliyyət göstərməli, klubun idman qurğusu, maddi-texniki bazası olmalı, burada müxtəlif növlər üzrə məşq şəraiti yaradılmalıdır.
Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yarışda ilk 3-lüyə düşənlərdən əlavə, Müdafiə Nazirliyi (MOİK), Təhsil Nazirliyi (UGİŞM), Dövlət Gömrük Komitəsi ("Gömrükçü"), Dövlət Sərhəd Xidməti ("Sərhədçi") kimi qurumların da idman klubları mövcuddur. Bu klubların idmançıları da müxtəlif yarışlarda nəticələr verir, fərqlənirlər. Amma elə qurumlar da var ki, ya idman klubları fəaliyyətsiz və kağız üzərindədir, ya da ümumiyyətlə yoxdur. Ona görə də belə yarışlar bütün dövlət qurumları üçün stimul, kütləvi bədən tərbiyəsi və idmana sövq etməyə çağırış sayıla bilər.
Məsələn, vaxtilə titullu idmançılar yetişdirmiş "Rabitəçi" idman klubundan hazırda heç bir xəbər yoxdur. Halbuki "Rabitə" voleybol komandasının dünya çempionu olması çox uzaq keçmişdə deyil.
Əlbəttə, hazırda özəl idman klubları da mövcuddur. Amma razılaşaq ki, onların əksəriyyətinin imkanları çox məhduddur və ciddi maddi-texniki bazaya malik deyillər.
P.S. Respublika Şahmat Mərkəzi olaraq, dövlət qurumları arasında şahmat yarışına ev sahibliyi etməyi çox istərdik. Amma hazırda 2 seçki məntəqəsi ilə 29 yanvar - Bələdiyyə seçkilərinə ciddi hazırlaşırıq. Odur ki, əziz şahmatsevərlər, necə deyərlər, bələdiyyə seçkiləri də bitsin, "normalnı" oturarıq )).