
Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax istefa verib.
Sportnet.az xəbər ki, IOC İcraiyyə Komitəsi onun istefasını qəbul edib.
Qərar iyunun 23-dən sonra qüvvəyə minəcək. Bax 10 ildən atrıq IOC-a rəhbərlik edib.
Qurumun yeni prezidentinin adı IOC-un martın 18 - 21-də Yunanıstanın paytaxtı Afinada baş tutacaq toplantısında bəlli olacaq.
IOC prezidenti postu uğrunda 7 namizəd - Faysal Əl-Hüseyn (İordaniya), Sebastyan Koe (Böyük Britaniya), Kirsti Koventri (Zimbabve), Xuan Antonio Samaranç (İspaniya), Yohan Elias (İsveç), David Lapartian (Fransa) və Morinari Vatanabe (Yaponiya) mübarizə aparır.