
AFFA İntizam Komitəsi Region Liqasında keçirilən Salyan OİK - Qobustan FK oyununda baş verənlərlə bağlı qərar verib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Qobustan FK komandasının baş məşqçisi Elbrus Baxşəliyev və futbolçuları Tural Nəhmətli ilə Samin Gülməmmədov hakimin qərarına etiraz etdiyinə görə və onu vurmağa cəhd etdiyinə görə cəzalanıblar.
Qobustan FK-nın futbolçularının hər biri 4 oyunluq, baş məşqçi isə 5 oyunluq disklafikasiya olunub.
Qeyd edək ki, qarşılaşma Salyan OİK klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.