
UFC Azərbaycanda turnir keçirəcək.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Ariel Helvani məlumat yayıb. İdman tədbirinin 21 iyunda baş tutacağı gözlənilir.
UFC rəhbərliyi hazırda Azərbaycanla razılıq əldə etmək üçün danışıqlar aparır.
Qeyd edək ki, UFC-də iki azərbaycanlı döyüşçü iştirak edir - Nazim Sadıxov və Rafael Fiziyev.