
“Sumqayıt” klubunun futbolçusu Ronaldo Vaskezin çıxış etdiyi Dominikan Respublikası millisi Puerto Riko ilə yoldaşlıq oyunu keçirib.
Sportnet.az xəbər verir ki, qarşılaşmaya ehtiyatda başlayan 26 yaşlı yarımmüdafiəçi 2-ci hissədə meydana daxil olub və 1 qol vurmağa müvəffəq olub.
Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.