
Polşanın "Radomyak" klubunun baş məşqçisi Joau Enrikeş Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun transferi haqda danışıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı mütəxəssis 26 yaşlı forvardı tərifləyib:
"Fürsət düşdü və biz bundan yararlandıq. Renat bizim komandada olanlardan fərqli xüsusiyyətlərə malik hücumçudur. O, Tapsoba və ya Perottidən fərqlidir. Renat daha çox rəqibin cərimə meydançasında olur. Çünki güclü və döyüşkəndir".
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin "Ankaragücü" klubundan ayrılan Renat "Radomyak"la mövsümün sonuna qədər müqavilə imzlaayıb. Müqaviləyə uzadılma variantı da daxildir.
"Radomyak”da daha bir azərbaycanlı futbolçu - Rahil Məmmədov da çıxış edir.