
İspaniyanın "Real Madrid" klubunun qadınlardan ibarət komandası tarixində ilk dəfə "Barselona"ya qalib gəlib.
Sportnet.az xəbər verir ki, Barselonadakı "Olimpiko" stadionunda təşkil olunmuş ölkə çempionatının XXIII tur qarşılaşması paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Bunadək 18 görüşün hamısında Kataloniya təmsilçisi üstün olmuşdu.
Məğlubiyyətə baxmayaraq, "Barselona" 63 xalla turnir cədvəlinə başçılıq edir. "Real Madrid" 59 xalla ikinci yerdə gedir.