
Bu gün 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki K qrupunda mübarizə aparan İngiltərə yığması "Uembli" stadionunda Albaniya ilə qarşılaşıb. Baş məşqçi Tomas Tuxelin debüt oyununda komandası 2:0 hesablı qələbə qazanıb.
Polşa isə G qrupundaki rəqibi Litvanı evdə üstələyib - 1:0.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır.
UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə G, H və K qruplarında 6 oyun keçiriləcək.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.
DÇ-2026
Avropa zonası üzrə seçmə mərhələ
21 mart
G qrupu
23:45 Polşa - Litva - 1:0
23:45 Malta - Finlandiya - 0:1
H qrupu
21:00. Kipr - San Marino - 2:0
23:45. Rumıniya - Bosniya və Herseqovina - 0:1
K qrupu
23:45. İngiltərə - Albaniya - 2:0
23:45. Andorra - Latviya - 0:1