
AFFA İntizam Komitəsi Ağcabədinin “Hindarx” klubunun U-13 və U-14 komandalarını müvafiq Liqalardan kənarlaşdırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 2024/2025 mövsümündə komandaların heyətində lisenziyası saxtalaşdırılmış futbolçuların çıxış etməsidir.
Onların oynadıqları bütün qarşılaşmalarda "Hindarx"a 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Hindarx”ın rəsmisi Quliyev Samiq Rafiq oğlu və Ağcabədinin digər təmsilçisi “Olimpiya”nın rəsmisi Əliyev Orxan Mehman oğlu futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdıqlarına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.