Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadıxov qarşıdakı döyüşə ciddi şəkildə hazırlaşdığını bildirib.
Sportnet.az xəbər verir ki, o, iyunun 27-də Bakıda keçiriləcək “UFC Fight Night” turniri ilə bağlı təşkil olunan onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Hazırlıq prosesindən danışan Sadıxov məşqlərinin yüksək səviyyədə keçdiyini vurğulayıb:
“Hazırlıq əla gedir və məşq prosesində çox şeyi dəyişmişəm. Həmişə irəli baxmalısan. Dekabrdakı son döyüşümdə məğlub oldum. Buna baxmayaraq, qarşıdakı döyüşə köklənmişəm. Həmin məğlubiyyət yorğunluqdan irəli gəlirdi”.
Azərbaycanlı idmançı rəqibi Mateus Kamilo ilə bağlı fikirlərini də bölüşüb:
“Düşünürəm ki, mən Mateus Kamilodan daha təhlükəliyəm. ‘Canavar’ın öz sirləri var”.
Qeyd edək ki, “UFC Fight Night” turniri iyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək. Nazim Sadıxov həmin gecədə braziliyalı Mateus Kamilo ilə qarşılaşacaq.













































































