
Azərbaycan atleti Yekaterina Sarıyeva növbəti uğuruna imza atıb.
Sportnet.az xəbər verir ki, idmançımız Türkiyənin İstanbul şəhərində fərqlənib.
O, Ruhi Sarıalp tullanmalar kubokunda çıxış edib. Yekaterina üçtəkanla tullanmada 13,38 m nəticə ilə ikinci yerin sahibi kimi gümüş medal qazanıb.
Qeyd edək ki, Sarıyeva 12 qat Azərbaycan çempionu və qapalı məkanlarda ölkə çempionatının 7 qat qalibidir.