
“Zirə”nin müdafiəçisi Ange Mutsinzi "Qalatasaray"ın futbolçusu Viktor Osimhenə klubun formasını hədiyyə edib.
Sportnet.az xəbər verir ki, Ruanda millisinin üzvü DÇ-2026-nın seçmə mərhələsində dünən Nigeriyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra rəqib futbolçusu ilə görüşüb.
Mutsinzi Viktor Osimhenə "Zirə"nin, "Qalatasaray"da çıxış edən rəqibi isə ona İstanbul klubunun formasını verib.
Xatırladaq ki, Osimhenin dublu ilə Nigeriyanın qalib gəldiyi matçda Mutsinzi start heyətdə meydana çıxıb və sona qədər oynayıb. "Səbail"in hücumçusu İnnosent Nşuti isə Ruanda millisinin heyətində 82-ci dəqiqədə meydana daxil olub.