
Bu gün futbol üzrə 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 3 qrupunun 6 oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, azərbaycanlı baş məşqçi Əli Əliyevin rəhbərlik etdiyi Qazaxıstan milli komandası Uels seçməsinin qonağı olub. 45 yaşlı mütəxəssis debüt oyununda məğlub olub - 1:3.
Norveç yığması isə səfərdə Moldovanı darmadağın edib - 5:0.
Qeyd edək ki, Azərbaycan milli komandası D qrupunda İslandiya və Ukrayna seçmələri ilə mübarizə aparır. UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Xorvatiya - Fransa cütünün qalibi də bu qrupda yer alacaq.
DÇ-2026
Avropa zonası üzrə seçmə mərhələ
22 mart.
I qrupu
Lixtenşteyn - Şimali Makedoniya - 0:3
Uels - Qazaxıstan 3:1
J qrupu
Moldova - Norveç - 0:5
İsrail - Estoniya - 2:1
L qrupu
Monteneqro - Cəbəllütariq - 3:1
Çexiya - Farer Adaları - 2:1