
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının II seçmə mərhələsində ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, B Liqasının 6-cı qrupunda yer alan milli son görüşündə Uels yığması ilə üz-üzə gəlib. Albaniyanın Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunan qarşılaşma 0:0 hesablı heç-heçə yekunlaşıb.
Qeyd edək ki, U-17 qrupun ilk oyununda Albaniya (1:4) ilə qarşılaşıb.
Uels (U-17) – Azərbaycan (U-17) – 0:0
Qolla nəticələnməyən penalti: Loue Bredberi, 37