
“Anamın dediyinə görə, ulu babam Azərbaycandandır”.
Sportnet.az xəbər verir ki, bunu Rusiyanın “Dinamo Mahaçqala” klubunun futbolçusu Mutalip Alibekov “Sport24.ru” saytına müsahibəsində deyib.
28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan milli komandasına dəvət olunması barədə danışıb: “Moskvanın MOİK klubuna keçəndə Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət almışdım. Orada Dağıstandan bir neçə tanışım çıxış edirdi. Yəqin ki, mənim haqda nəsə demişdilər. Mənə zəng edib maraqlandılar. Amma bu təklifdən imtina etdim”.
Alibekov imtina etməsinin səbəbini açıqlayıb: “MOİK-dən Rusiya millisinə gedə biləcəyimi düşünürdüm. Həmin hadisədən sonra “Transfermarkt” saytında mənim Rusiyanın vətəndaşlığından əlavə Azərbaycan pasportumun da olduğu göstərilir. Amma bu belə deyil.
Rusiya U-19 yığma komandasının sabiq üzvü azərbaycanlı köklərinin olduğunu deyib: “Anamın dediyinə görə, səhv etmirəmsə, ulu babam Azərbaycandandır”.
O, AFFA-ya imtina etdikdən sonra onunla əlaqə saxlanılmaığını əlavə edib.
Qeyd edək ki, Mutalip Alibekov karyerası ərzində MOİK və “Dinamo Mahaçqala”dan əlavə ölkəsinin “Ximki”, “Baltika” və Belarusun “Smoleviçi” klublarında çıxış edib.