
Türkiyə milli komandası UEFA Millətlər Liqasınının pley-off mərhələsinin Macarıstanla ilk oyununda 3:1 hesablı qələbə qazanıb.
Sportnet.az xəbər verir ki, A Liqasına vəsiqə uğrunda qarşılaşmada hesabı 9-cu dəqiqədə meydan sahibi komandanın futbolçusu Orkun Kökçü açıb. 25-ci dəqiqədə Andras Şofer hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Kərəm Aktürkoğlu, 73-cü dəqiqədə isə İrfan Can Kahveci fərqləniblər.
B Liqasına vəsiqə uğrunda ilk qarşılaşmada isə Gürcüstan millisi səfərdə Ermənistanı darmadağın edib - 3:0. Qolları Giorgi Koçoraşvili (dəq. 33) və Georgis Mikautadze (dəq. 37,; 59) vurub.
Qeyd edək ki, hər iki qarşılaşmanın cavab oyunları 23 martda baş tutacaq.
--------------------
Bu gün UEFA Millətlər Liqasınıda 1/4 final və pley-off mərhələsinin ilk oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, qardaş ölkə Türkiyə doğma meydanda Macarıstanla seçməsi ilə üz-üzə gələcək.
Gürcüstan isə B liqasında qalmaq üçün Ermənistanın qonağı olacaq.
Qeyd edək ki, pley-off və 1/4 final mərhələsinin cavab oyunları 23 martda baş tutacaq.
UEFA Millətlər Liqası
20 mart
1/4 final
23:45. Niderland – İspaniya - 2:2
23:45. İtaliya – Almaniya - 1:2
23:45. Xorvatiya – Fransa - 2:0
23:45. Danimarka – Portuqaliya - 1:0
A və B liqaları arasında pley-off oyunları
21:00. Türkiyə – Macarıstan - 3:1
23:45. Ukrayna – Belçika - 3:1
23:45. Avstriya – Serbiya - 1:1
23:45. Yunanıstan – Şotlandiya - 0:1
B və C liqaları arasında pley-off oyunları
21:00. Ermənistan – Gürcüstan - 0:3
23:45. Kosovo – İslandiya - 1:1
23:45. Slovakiya – Sloveniya - 0:0
23:45. Bolqarıstan – İrlandiya - 1:2