
Azərbaycan milli komandası yoldaşlıq oyununda evdə Haiti yığmasına 0:3 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmada hesabı 9-cu dəqiqədə Frontdi Piero açıb.
Yunanıstan AEK-inin futbolçusu 63-cü dəqiqədə dubla imza atıb. Frontdi Piero açıb. Oyunda son nöqtəni 83-cü dəqiqədə Denli Jan-Jak qoyub.
Bundan bir dəqiqə sonra Elvin Cəfərquliyev qırmızı vərəqə alaraq, Azərbaycan millisini azlıqda qoyub.
Qeyd edək ki, Azərbaycan yığması növbəti yoxlama oyununu martın 25-də Belarusa qarşı keçirəcək.
Yoldaşlıq oyunu
22 mart
21:45 Azərbaycan – Haiti - 0:3
Qollar: Frontdi Piero, 9; 63. Denli Jan-Jak, 83
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 84 (Azərbaycan)
Baş hakim: Kadir Sağlam (Türkiyə)
Baş hakimin köməkçiləri: Deniz Caner Ozaral, Anıl Usta (hər ikisi Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.