Türkiyənin İstanbul şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir. Sportnet.az-ın məlumatına görə, çempionatın beşinci günündə 50, 60, 74 və 96 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri yarışır.
50 kq çəkidə Nofəl Babayev Bolqarıstan və Macarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Final görüşündə güləşçimiz Rusiya idmançısı ilə qarşılaşacaq.
96 kq çəki dərəcəsində güləşən Orxan Nuriyev mübarizəyə 1/16 final mərhələsindən başlayıb. Ardıcıl olaraq Danimarka, Gürcüstan, Türkiyə və Belarus idmançılarını mübarizədən kənarlaşdırna güləşçimiz finala yüksəlib. Həlledici görüşdə Orxanın rəqibi Bolqarıstan idmançısı olacaq.
50 kq
1/4 final - Nofəl Babayev - Nedyalko Petrov (BUL) 8:0
1/2 final - Nofəl Babayev - Jozsef Andrasi (HUN) 8:2
FİNAL - Nofəl Babayev - Aleksey Kinjigaliev (RUS)
60 kq
1/8 final - Levan Kavjaradze (GEO) - Kərim Cəfərov 5:0
74 kq
1/16 final - Sənan Əlimirzəyev - Mihail Bradu (MDA) 2:12
96 kq
1/16 final - Orxan Nuriyev - Mathias Bak (DEN) 9:1
1/8 final - Orxan Nuriyev - Nikoloz Kaxelaşvili (GEO) 5:2
1/4 final - Zubeyir Ekinci (TUR) - Orxan Nuriyev 1:9
1/2 final - Dzmitri Kaminski (BLR) - Orxan Nuriyev 0:8
FİNAL - Evgeni Gançev (BUL) - Orxan Nuriyev
Yarışı canlı olaraq aşağıdakı linklərdən izləmək mümkündür. Final görüşləri Bakı vaxtı ilə saat 20:00-dan etibarən başlayacaq.