
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycan milli komandasının 5 üzvündən 2-si medal qazanıb. K44-də 58 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçu Aynur Məmmədova qızıl medal əldə edib. Nicat Müslümov ( K-43, 75 kq) isə yarımfinalda məğlub olaraq çempionatı bürünc medalla başa vurub. İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov isə yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıb və medalsız qalıb.