
Polşada təlim-məşq toplanışında olan "Neftçi" sonuncu yoxlama oyununda Kipr təmsilçisi AEL-lə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Byalobjeqdə yerləşən “Mieyski” stadionunda keçirilən görüş bərabərliklə başa çatıb - 2:2.
“Ağ-qaralar”ın heyətində Bassala Sambu və Ramil Şeydayev fərqlənib.
Qeyd edək ki, Samir Abasovun kollektivi hazırlıq müddətində “Hapoel" (Təl-Əviv/İsrail, 1:1) və “Termalika" (Polşa, 2:2) ilə qarşılaşıb. Paytaxt təmsilçisi təlim-məşq toplanışı dövründə 4 yoxlama oyunu planlaşdırsa da, “Asteras" (Tripolis, Yunanıstan) ilə matç güclü leysan səbəbindən ləğv olunmuşdu.