
Ukraynanın "Metallitst" klubunda islahatlar davam edir. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Aleksandr Sevidovu istefaya yollayan Xarkov təmsilçisinin rəhbərliyi əsas komandanı buraxmaq niyyətindədir. Buna səbəb bütün futbolçuların danışılmış oyunlarda şübhəli sayılmalarıdır.