1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Miltinyo: "Daha bir addım atdıq"
"Çox maraqlı, bir qədər də, belə demək mümkünsə, qeyri-adi hesabla yekunlaşan oyun oldu. Qarşılaşmanın gedişi bir neçə dəfə dəyişdi. Həm hesab, həm də oyunun xarakteri baxımından".
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bunu futzal üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilmiş Tayland – Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Milton Luis Ziller Juniorun deyib.
O bildirib ki, oyun zamanı həm komandasının, həm də rəqibin üstün məqamları olub: "Lakin ən vacibi budur ki, qələbə qazandıq və dünya çempionatında irəliyə doğru daha bir addım ata bildik. Artıq bütün fikrimizi növbəti oyuna hazırlaşmağa yönəldəcəyik”.
Qeyd edək ki, Azərbaycan millisi Taylanda 13:8 hesabı ilə qalib gələrək, 1/4 final mərhələsinə yüksəlib. Növbəti mərhələdə rəqib Portuqaliya olacaq.