"Azərbaycan millisinin çıxışlarını izləyirəm. Çünki Azərbaycanda çox yaxşı vaxtlar keçirmişəm. Hər zaman bu millinin çıxışı mənə maraqlıdır. Dünya çempionatında Azərbaycan yaxşı çıxış etdi və finala qədər hətta irəliləyə bilərdi. Sadəcə, bəxt mane oldu”.
Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq futzalçısı Tyaqo Paz deyib. Əslən braziliyalı oyunçu həmyerlisi Biro Jadenin baş məşqçi postuna gətirilməsinə belə münasibət bildirib: "Bironun milli komandaya baş məşqçi təyin edilməsi məncə, yaxşı haldır. Fikrimcə, o, işinin öhdəsindən gələcək. Oyunçu kimi Azərbaycan millisində ən yaxşı səviyyədə oynayıb, məşqçi kimi də xeyir verəcəyini düşünürəm”.