"Çempionatın sonlarına yaxın "Neftçi”nin mənimlə maraqlandığı haqda məlumat aldım. Daha sonra danışıqlar apardıq və razılığa gəldik". 
Sportnet.az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Dario Frederiko jurnalistlərə açıqlamasında söyləyib.
  
Braziliyalı hücumçu "Neftçi"də əlindən gələni edəcəyini vurğulayıb: "Komandadan asılı olmayaraq, çalışmışam ki, maksimum oyun sərgiləyim. "Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəm. "Neftçi” iddialı klubdur. Hədəfi həmişə titular qazanmaq olub. Bu mövsüm daha da iddialıyıq. Çalışacağıq ki çempionluğa oynayaq".
Qeyd edək ki, Dario Frederiko "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.









                 





    
    
    
    
    
    
    
    
    























































