Türkiyəli futbolçu Enes Ünal Avropanın “böyük beşlik” ölkələrində hava mübarizələrində ən çox top qazanan oyunçular sırasına düşüb.
Sportnet.az xəbər verir ki, İspaniyanın “Xetafe” klubunun formasını geyinən 26 yaşlı hücumçu 2022/2023 mövsümündə 99 dəfə “ikinci mərtəbə”də rəqibi üstələyib.
Bu göstərici ilə Türkiyə millisinin üzvü qitənin ən yaxşı 4-cü oyunçusudur. Siyahıya İtaliyanın “Verona” klubunun hücumçusu Milan Dyuriç başçılıq edir. Bosniya və herseqovinalı forvard 139 dəfə hava mübarizəsindən qalib ayrılıb. Xoselu (“Espanyol”, İspaniya – 122 dəfə) və Filipp Hofmann (“Boxum”, Almaniya - 104) müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar.
İlk “beşliy”i İspaniya “Malyorka”sında çıxış edən kosovolu hücumçu Vedat Muriqi (97) qapayıb.