
"İlk növbədə Azərbaycanı bu tarixi qələbə münasibətilə təbrik edirəm. Bu, təkcə bizim yox, bütün Azərbaycanın qələbəsidir”. Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan futzal yığmasının baş məşqçisi Tino Peres "CBC Sport"a açıqlamasında deyib. Onun sözləirinə görə, Hollandiya yığması ilə dünya çempionbatının pley-off mərhələsində Bakıdakı matçın gərgin keçəcəyi gözlənilən idi: "Hollandiya yığmasının ilk oyundakı məğlubiyyətdən sonra burda qələbəyə oynacağı gözləmək olardı. Bu gün səhvlərimiz oldu və bu üzdən qələbə qazana bilmədik. Hər halda, heç-heçə də pis nəticə deyil, bizi final mərhələsinə şıxardı. Bu, mənim üçün də dünya çempionatının ilk final mərhələsi olacaq. Çalışacağıq ki, orada da yaxşı çıxış edək. Həmin vaxtadək heyətin gücləndirilməsi üzərində çalışacağıq".