1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Şəhriyar Məmmədyarovdan zəif nəticə
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Norveçdə keçirilən Stavanger superturnirində 7-ci yeri tutub.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı qrossmeyster ümumilikdə 10 zəka ustasının qatıldığı yarışda 3,5 xal toplayıb. Sonuncu turda o, texniki qələbə qazanıb. Səbəb çinli Dinq Lirenin IV turdan etibarən zədə ilə əlaqədar yarışdan imtinası olub. Bu, Məmmədyarovun 9 tur ərzində yeganə qəbəsidir. Əvvəlki 8 görüşündə isə azərbaycanlı qrossmeyster 7 heç-heçə edib və Ermənistan təmsilçisi Levon Aronyana uduzub.
Yekunda birinci yeri İddiaçılar Turnirinin qalibi Fabiano Karuana tutub. ABŞ təmsilçisi 5 xal toplayıb. Norveçli Maqnus Karlsen, ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura və hindistanlı Vişvanatan Anand hərəyə 4,5 xalla 2 - 4-cü yerləri bölüşüb. Daha bir amerikalı Uesli So ilə ermənistanlı Levon Aronyan hərəyə 4 xalla 5-6-cı olublar. Fransalı Maksim Vaşyo-Leqrav və rusiyalı Sergey Karyakin isə hərəyə 3 xalla 8-9-cu yerlərdə qərarlaşıblar.