1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanlı atlet dünyanın ən güclüsü adına namizəd oldu
2016-cı ilin ən yaxşı kişi və qadın ağırlıqqaldıranı adına namizədlər açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) açıqladığı siyahıda hazırda Qazaxıstanı təmsil edən əslən azərbaycanlı atlet Nicat Rəhimov da var.
O, 62 kq-da olimpiya çempionu Oskar Figeroa (Kolumbiya), 56 kq-da dünya və ikiqat olimpiya çempionu Tsintsyuan Lun (Çin), 105 kq-da ikiqat Asiya, dünya və olimpiya çempionu Ruslan Nurudinov (Özbəkistan), 85 kq-da ikiqat dünya və olimpiya çempionu Kianuş Rustami (İran) və 105 kq-dan yuxarı çəkidə Avropa, dünya və olimpiya çempionu Laşa Talaxadze (Gürcüstan) ilə birgə bu ada namizəddir.
IWF-nin rəsmi saytı vasitəsilə aparılacaq səsvermə yanvarın 31-dək davam edəcək.
Qeyd edək ki, Nicat Rəhimov 77 kq çəkidə 2015-ci ildə dünya çempionu və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibidir. O, 2014-cü ildən Qazaxıstanı təmsil edir.