1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İranda bir günə 2 medal
İranın Əhvaz şəhərindəki II Beynəlxalq Fəcr Kubokunun ilk yarış günündə Azərbaycanın 2 ağırlıqqaldıranı bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, həmin medallara 56 kq çəki dərəcəsindən mübarizə aparan Ruslan Rzazadə ilə 62 kq çəkidə yarışan Allahyar Abışov sahib olub.
Rzazadə birdən qaldırma hərəkətində 98 kq-ı ram edərək bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırma hərəkətində 118 kq-ı başı üzərinə qaldıran atlet bu hərəkətdə 4-cü olub. Toplam 216 kq (98+118) nəticə göstərən Rzazadə 2-ci Beynəlxalq Fəcr Kubokunda yekun sıralamada bürünc medala layiq görülüb.
Abışov isə birdən qaldırma hərəkətində 120 kq-ı ram edib. Bu hərəkətdə o, bütün rəqiblərini üstələməyi bacarıb. Təkanla qaldırma hərəkətində 142 kq-ı başı üzərinə qaldıran atletimiz nisbətən zəif çıxış edib və bu hərəkətdə 3-cü olub. Toplam 262 kq (120+142) nəticə göstərən Allahyar 2-ci Beynəlxalq Fəcr Kubokunda yekun sıralamada bürünc medala layiq görülüb.