Türkiyə yığmasında çıxış edən azərbaycanlı atlet Ramil Quliyev Finlandiyada keçirilən Paavo Nurmi Oyunlarında 200 metr məsafəyə qaçışda yarışın qalibi olub. 
Sportnet.az-ın məlumatına görə, 28 yaşlı idmançı 20.23 saniyə ilə bütün rəqiblərini geridə qoyub. 
O, həmçinin Paavo Nurmi Oyunlarının rekorduna sahib olub. 
Qeyd edək ki, Ramil Quliyev iyunun 7-də Norveçin Oslo şəhərində Brilliant Liqa yarışında 200 metr məsafəyə qaçışda çıxış edəcək. 









                 





    
    
    
    
    
    
    
    
    





















































