1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa çempionatında növbəti qızıl medal
Milanda 15 və 17 yaşadək yeniyetmə oğlanlar və qızlar arasında ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan yığma komandasının üzvlərindən daha ikisi körpücük üzərinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, Fuad Həsənov və Elşən Məmmədov 15 yaşadək oğlanların mübarizəsində 56 kiloqram çəki dərəcəsində qüvvələrini sınayıblar. Fuad Həsənov birdən qaldırma hərəkətində 92 kiloqramlıq nəticə ilə ikinci yeri tutub. Atlet təkanla qaldırmada 110 kiloqramın öhdəsindən gələrək bu hərəkətdə də gümüş medala sahib olub. F.Həsənov toplam 202 kiloqram (92+110) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da gümüş medal qazanıb.
Ötən il Kosovonun paytaxtı Priştinada keçirilən Avropa birinciliyində bürünc medal qazanan Elşən Məmmədov isə bu dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Atletimiz birdən qaldırmada 98 kiloqram nəticə göstərib və bu hərəkətdə bütün rəqiblərini üstələyib. Elşən təkanla qaldırma hərəkətində də qızıl medal qazanıb. O, bu hərəkətdə 114 kiloqram nəticə ilə Avropanın ən yaxşısı adına layiq görülüb. E.Məmmədov toplam 212 kiloqram (98+114) nəticə ilə Avropa birinciliyinin yekun sıralamasında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, bu çəki dərəcəsində iki atletimiz 3 qızıl və 3 gümüş medal qazanaraq çempionatda birinci yeri tutub.
Qeyd edək ki, daha öncə yaşı 17-yə qədər olan oğlanlarda 50 kq çəki dərəcəsində Ömər Cavadov Avropa çempionu olub. 40-a yaxın ölkədən 388 atletin (169 qız və 219 oğlan) iştirak etdiyi turnir həmçinin Argentinanın paytaxtı Buenos-Ayresdə baş tutacaq Yeniyetmələrin 3-cü Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Avropa birinciliyinə iyulun 29-u yekun vurulacaq.