1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdmançımız ikiqat Avropa çempionu oldu - FOTOLAR
İtaliyanın Milan şəhərində 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatında Azərbaycan yığması daha bir medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, yaşı 17-yə qədər oğlanlarn 94 kq çəki dərəcəsində Tarmerxan Babayev ikiqat Avropa çempionu olub. Ötən il Kosovonun paytaxtı Priştinada 6 Avropa rekordu yeniləyərək çempion olan Babayev bu dəfə də uğurunu təkrarlayıb. O, birdən qaldırma hərəkətində 145 kq nəticə göstərərək bu hərəkətdə gümüş medala sahib çıxıb. Təkanla qaldırma 180 kq nəticə göstərən Babayev bu hərəkətdə bütün rəqiblərini üstələyib və qızıl medal əldə edib.
Toplam 325 kq (145+180) nəticə ilə Tarmenxan 94 kq çəki dərəcəsində yekun sıralamada hamıdan üstün olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq Avropa birinciliyinin ikiqat qalibi adını qazanıb.
Qeyd edək ki, Avropa çempionatında 40-dək ölkədən 388 atlet (169 qız və 219 oğlan) iştirak edir.