Azərbaycan atleti Anna Skidan Almaniyanın Münhen şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, çəkicatma növündə çıxış edən 30 yaşlı idmançı təsnifat mərhələsində 74,57 metr nəticə göstərib.
Bu, Skidanın mövsümdəki ən yaxşı göstəricisi olub. Final avqustun 17-də Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, Anna Skidan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın ilk qızıl medalını qazanıb.