Bu gün Azərbaycanın daha iki ağırlıqqaldıranı Rusiyanın paytaxtı Moskvadakı Avropa çempionatında qüvvəsini sınayacaq.
Sportnet.az-ın məlumatına görə, 102 kq çəki dərəcəsində mübarizə aparan Əliş Nəzərov və Dadaş Dadaşbəyli körpücük üzərinə çıxacaq.
Nəzərov B, Dadaşbəyli isə A qrupunda yarışacaq.
Qeyd edək ki, Avropa çempionatına aprelin 11-də yekun vurulacaq. Daha əvvəl Boyanka Kostova (59 kq) Avropa çempionatını iki qızıl və bir bürünc medalla başa vurub.