
Pakistanda futbol matçı zamanı partlayış baş verib. Sportnet.az-ın NDTV-yə istinadən məlumatına görə, hadisə nəticəsində 5 nəfər ölüb.
Onların arasında futbolçular da var. Eyni zamanda 11 nəfər yaralanıb. Partlayıcı qurğunun Orakzay şəhərindəki idman yarışları zamanı işə düşdüyü bildirilir.







































































