"Bakıya qohumlarıma və dostlarıma baş çəkməyə gəlmişəm. Düzdür, bir neçə gün öncə ailəmlə birgə köçəcəyimi demişdim. Amma hələlik bir neçə gün müddətinə tək gəlmişəm". Bunu Sportnet.az-a açıqlamasında İsveçdə yaşayan Azərbaycanın yeganə olimpiya çempionu İqor Ponomaryov deyib.
55 yaşlı mütəxəssis bildirib ki, hər hansı vəzifəyə təyinatı istiqamətində heç kiminlə danışıq aparmayıb: "Mən bilmirəm ki, "Neftçi"də prezident və ya baş məşqçi olacağım barədə xəbərləri kim hardan çıxarır. Mən nəinki Sadıq Sadıqovla, ümumiyyətlə, heç bir rəsmi şəxslə görüşməmişəm. Səfərim yalnız şəxsi məsələlərlə bağlıdır və tezliklə geri dönəcəyəm".
Qeyd edək ki, bu gün İqor Ponomaryovun "Neftçi" futbol klubunun baş məşqçi postunda Arif Əsədovu və ya klub prezidenti vəzifəsində Sadıq Sadıqovu əvəzləyəcəyinə dair xəbər yayılıb.