
Əlcəzair yığmasının baş məşqçis Vahid Xəlilxodjiç istefa verib. Sportnet.az-ın Əlcəzair Futbol Federasiyasına istinadən məlumatına görə, 61 yaşlı mütəxəssis qərarını ailə vəziyyəti ilə əlaqələndirib.
Rəhbərlik etdiyi yığmanı DÇ-2014-ün 1/8 finalına daşıyan və bu mərhələdə Almaniya yığmasına 1:2 hesabı ilə məğlub olan millinin bosniyalı məşqçisi Əlcəzair millisindəki işinin uğurlu alındığını bildirib: "Qərarıma həm də yeni perspektivlərin yaranması təsir edib".
Qeyd edək ki, Xəlilxodjiçin 2005-2006-cı illərdə "sükanı arxası"nda dayandığı "Trabzonspor"a keçəcəyi gözlənilir.