"Çempionatın başlayacağına əminliyimiz artır. Amma mövsümün ümumiyyətlə keçiriləyəcəyinə heç bir zəmanət vermək olmaz".
Sportnet.az-ın məlumatına görə, bunu "Liberty Media"nın rəhbəri Çeyz Keri "Formula 1" üzrə 2020 mövsümünün baş tutması ehtimalı barədə danışarkən deyib. Amerikalı biznesmen bildirib ki, məqsəd ilk Qran-prinin iyulun 5-də Avstriyada təşkilinə nail olmaqdır: "Bundan bir həftə sonra, böyük ehtimalla, "Red Bull Rinq"də daha bir mərhələ keçirəcəyik. Avropadakı yarışların azarkeşsiz olacağını gözləyirik. Amma ümid edirik ki, gələcək Qran-prilər tamaşaçılara da açılacaq. Dünya çempionatlarının mərhələlərini qəbul edə biləcək tras sayı baxımından optimistik".
Keri koronavirus pandemiyasının hiss olunacağını etiraf etsə də, Qran-prilərin gerçəkləşəcəyinə dair mövqelərinin möhkəmləndiyini vurğulayıb.
Qeyd edək ki, "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.