1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ərəb qadın "Formula-1"in maşını ilə dövrə vurdu
Səudiyyə Ərəbistanından olan Asil əl-Həməd ilk dəfə "Formula-1" maşınını sürən qadın kimi ölkə tarixinə düşüb.
Sportnet.az-ın "Formula-1"in rəsmi saytına istinadən verdiyi məlumata görə, "Pul Rikard" trasında keçirilmiş Fransa Qran Prisi çərçivəsində Səudiyyə Ərəbistanı Avtomobil İdmanı Federasiyasının qadın təmsilçisi 2012-ci il versiyası olan "Lotus-Renault" maşınında bir dövrə vurub.
Yürüşdən sonra əl-Həməd bildirib ki, qadınlar üçün mümkünsüz heç nə yoxdur: "Biz təkcə adi maşınları deyil, "Formula-1" maşınlarını da sürə bilərik".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı iyunun 24-dən başlayaraq qadınlara təkbaşına maşın sürməyə icazə verib. Bundan öndə ölkədə qadınlara sürücülük vəsiqəsi almağa izn verilib.