
Almaniyanın Frankfurt şəhərində gənc boksçular (U-19) arasında “Brandenburq kuboku”nda yarımfinal mərhələsinə yekun vurulub.
Sportnet.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin idmançısı Sübhan Babayev (60 kq) da rinqə çıxıb.
O, italiyalı Mattia Turrini 4:1 (28:29, 30:27, 30:27, 29:28, 29:28) hesabı ilə məğlub edib.
Babayev finalda Ellisbey Selimlə (ABŞ) qarşılaşacaq.