
Yüngül çəki dərəcəsində keçmiş UFC çempionu İslam Mahaçevin növbəti rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bunu Mahaçevin həmyerlisi və dostu, yüngül çəki dərəcəsinin sabiq kəmər sahibi Həbib Nurməhəmmədov mətbuat konfransında açıqlayıb.
O, 34 yaşlı Mahaçevin hazırkı yarımorta çəki dərəcəsinin çempionu Cek Della Maddalena ilə görüşəcəyini bildirib.
Titul uğrunda döyüş noyabrın 15-də ABŞ-nin Nyu-York şəhərindəki "Medison Skver Qarden" arenasında təşkil olunacaq.
Qeyd edək ki, İslam Mahaçev mayda yüngül çəkidəki kəmərindən imtina edib. Dağıstanlı idmançı Cek Della Maddalena ilə döyüşmək üçün yarımorta çəkiyə keçib. Onun MMA karyerasında 27 qələbə və 1 məğlubiyyət var. Maddalenanın isə hesabında 18 qələbə və 2 məğlubiyyət var.