Fransanın paytaxtı Parisdə keçirilən cüdo üzrə veteranlar arasında dünya çempionatında Azərbaycan milli komandası çıxışını başa vurub.
Sportnet.az xəbər verir ki, dördüncü yarış günündə bir usta cüdoçu fəxri kürsüyə qalxıb.
M8 yaş kateqoriyasında Fərhad Rəcəbli (90 kq) mundialın gümüş mükafatına layiq görülüb. Titullu idmançı finalda almaniyalı Volfqanq Hinterlaytnerə uduzub və 13 qat dünya çempionu ola bilməyib.
Xatırladaq ki, daha əvvəl Mövlud Mirəliyev (M5, 100 kq) qızıl, Qurban Məmmədli (M2, +100 kq), Vüqar Babayev (M3, 66 kq), Zaur Bağırov (M4, +100 kq) və Azər Əsgərov (M6, (100 kq) isə bürünc medala yiyələniblər.
Beləliklə, Azərbaycan komandası dünya çempionatını 1 qızıl, 1 gümüş, 4 bürünc olmaqla ümumilikdə 6 medalla tamamlayıb və 64 ölkə arasında 14-cü yeri tutub.

















































































