Kişi boksçulardan ibarət Azərbaycan millisi Polşaya yollanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, komanda noyabrın 15-də Krakovda boks gecəsinə qatılacaq.
Boksçular Polşada yerli yığma ilə yoldaşlıq görüşünə çıxacaq.
Məşqçilər Etibar Abdullayevlə Ceyhun Əbiyev döyüşlərdə Nicat Hüseynov, Kənan Babayev (hər ikisi 55 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Malik Həsənov (65 kq), Mehdi Həsənov (70 kq), Şəmsi Şahbazov (75 kq), Surət Qarayev (85 kq), Alfonso Dominqes (90 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcəklər.
Qeyd edək ki, milli Bakıya noyabrın 18-də qayıdacaq.





































































