
"Mən heç vaxt dopinqdən istifadə etməmişəm".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftahəddinova deyib.
Veteran idmançı dəfələrlə dopinq-testdən keçirildiyini və nəticəsinin daim mənfi olduğunu söyləyib.
Meftahəddinovanın fikrincə, dopinqdən istifadə etmək lazım deyil: "İdmançı özü güclü olmalıdır".