Almaniyanın Nürnberq şəhərində parataekvondo üzrə "Prezident Kuboku"na yekun vurulub.
Sportnet.az xəbər verir ki, yarışda Azərbaycan milli komandasının üzvləri uğurlu çıxış edərək 1 qızıl və 2 bürünc medal qazanıblar. Belə ki, Sabir Zeynalov (58 kq) bütün rəqiblərini üstələyərək turnirin qalibi olub. İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, turnir "Los-Anceles-2028x Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.
Xatırladaq ki, üç gün əvvəl İtaliyanın paytaxtı Romada keçirilən və dünyanın ən reytinqli parataekvondoçularının mübarizə apardığı Qran-Pridə də idmançılarımız uğurlu çıxış edərək Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov isə bürünc medal qazanmışdı.














































































