
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu komandasını dəyişə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə "Sport Bible" saytının tanınmış ərəb jurnalisti Nasir Cabbar məlumat yayıb.
Onun sözlərinə görə, portuqaliyalı ulduz hücumçu yayda keçiriləcək FIFA Klublararası Dünya Çempionatında iştirak etmək üçün "Əl-Nəsr"dən ayrılmağı düşünür.
İngiltərənin "Çelsi" və "Mançester Siti" klubları Ronaldunu transfer etməkdə maraqlıdır. 40 yaşlı oyunçu bu komandaların biri ilə bir aylıq müqavilə bağlaya bilər.
Qeyd edək ki, Kriştianu Ronaldunun "Əl-Nəsr"lə müqaviləsi yayda bitir. O, cari mövsüm ərzində meydana çıxdığı 36 oyunda 32 qol və 4 məhsuldar ötürmə müəllifi olub.