
ABŞ-nin "İnter Mayami" klubunun futbolçusu Lionel Messi Meksika "Nekaksa"sına qarşı Liqa Kubokunun qrup mərhələsi matçında zədələnib.
Sportnet.az xəbər verir ki, 38 yaşlı hücumçu 11-ci dəqiqədə əvəzlənib.
Argentinalı forvardın yerinə meydana Federiko Solari daxil olub.
Oyunun əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Penaltilər seriyasında isə "İnter Mayami" daha dəqiq olub - 5:4.
"İnter Mayami" növbəti matçını avqustun 7-də Meksikanın digər təmsilçisi "Pumas"a qarşı keçirəcək.